Almaniya millisinin baş məşqçisi Yoahim Löv
09 mart 2021 14:38 (UTC +04:00)

Almaniya millisinin baş məşqçisi Yoahim Löv

Yoahim Löv Almaniya millisindən gedir

Almaniya millisinin baş məşqçisi Yoahim Löv AVRO-2020-dən sonra vəzifəsindən ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı məlumat yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssisin müqavilə müddəti DÇ-2022-nin sonuna qədər olsa da, o, ayrılmaq qərarına gəlib. Löv özü bu barədə quruma müraciət edib və istəyi müsbət qarşılanıb.

Yoahim Löv 2006-cı ildən Almaniya yığmasını çalışdırır.  Bundestim onun rəhbərliyi altında 2014-cü ildə dünya çempionu, 2017-ci ildə Konfederasiyalar Kubokunu qazanıb. Almanlar DÇ-2010-da və AVRO-2012 ilə AVRO-2016-da bürünc medal da əldə edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilə təxirə salınan AVRO-2020 11 iyun – 11 iyul tarixlərində keçiriləcək. Almaniya yığması Macarıstan, Portuqaliya və Fransa ilə eyni qrupda mübarizə aparacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2214
avatar

Oxşar yazılar