Yeni müqavilə ilə razılaşmasa, karyerasını  başa vura bilər
01 mart 2023 19:01 (UTC +04:00)

Yeni müqavilə ilə razılaşmasa, karyerasını başa vura bilər

Almaniya milli komandasının heyətində 2014-cü ildə dünya çempionu olan, Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels bu mövsümün sonunda karyerasına son verə bilər.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 34 yaşlı futbolçunun müqaviləsi 2023-cü ilin yayında başa çatır və tərəflər hələ yeni bir razılığa gələ bilməyiblər. 

“Borussiya” müdafiəçinin əmək haqqının ikiqat azalması ilə yeni bir müqavilə təklif etməyə hazırdır.

Amerika Birləşmiş Ştatları və Səudiyyə Ərəbistanından bir neçə klub Hummels ilə maraqlanır, lakin futbolçu Almaniyanı tərk etmək niyyətində deyil, buna görə Dortmund klubu ilə razılığa gəlməsə, karyerasına son qoymağa hazırdır.

“Borussiya”nın heyətində Hummels iki dəfə çempionatda və Almaniya kubokunu qazanıb. Bundesliqanın hazırkı mövsümündə müdafiəçi 18 oyun keçirib və məhsuldar hərəkətləri ilə fərqlənməyib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2115
avatar

Oxşar yazılar