Xorvatiya Braziliyanı mundialdan kənarlaşdırdı
09 dekabr 2022 21:52 (UTC +04:00)

Xorvatiya Braziliyanı mundialdan kənarlaşdırdı

Bu gün DÇ-2022-də 1/4 final mərhələsi start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçı Qətərdəki mundialın 20-ci günündə bəlli olub.

Çempionluğa əsas namizəd hesab olunan Braziliya Xorvatiya ilə üz-üzə gəlib. Pentakampeonlar bu görüşə favorit qismində çıxsa da, əsas vaxtda millimizin hücumçusu Mahir Emrelinin Zaqreb "Dinamo"sundakı komanda yoldaşı Dominik Livakoviçin seyvləri sayəsində Xorvatiya qol buraxmayıb. Əlavə 30 dəqiqədə isə tərəflər qapılara 1 qol vurub və matç penaltilər seriyasına gedib çıxıb. 

4 il əvvəl Rusiyada finala qədər irəliləyən balkanlılar 1/8 finalda olduğu kimi, penaltilərdə bu dəfə də uğurlu olub. Bununla da Xorvatiya 2006 və 2014-cü il mundiallarında qrupda uduzduğu Braziliyaya (hər iki halda qrupdan çıxa bilməmişdilər) tarixində ilk dəfə qalib gəlib və adını yarımfinala yazdıran ilk komanda olub.

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk gününün ikinci matçında Niderlandla Argentina qarşılaşacaq.

DÇ-2022
1/4 final
9 dekabr
19:00. Xorvatiya - Braziliya - 1:1
Qollar:
 Bruno Petkoviç, 117 – Neymar, 105+1 (penaltilər: 4:2)

# 1323
avatar

Oxşar yazılar

Vasif Durarbəyli

Azərbaycan çempionu: "Uğursuz turnirlərdən əsəbləşmişdim" – MÜSAHİBƏ

28 yanvar 2023 , 20:45
"Real Madrid" hakimlərə təzyiq göstərməkdə ittiham olunur

"Real Madrid" hakimlərə təzyiq göstərməkdə ittiham olunur

28 yanvar 2023 , 19:46
Ronaldo "Yuventus"a görə prokurorluqda ifadə verəcək

Ronaldo "Yuventus"a görə prokurorluqda ifadə verəcək

28 yanvar 2023 , 18:19
PSJ 15 milyona müdafiəçi alır

PSJ 15 milyona müdafiəçi alır

28 yanvar 2023 , 15:24
PSJ braziliyalı futbolçunu almaq istəyir

PSJ braziliyalı futbolçunu almaq istəyir

28 yanvar 2023 , 12:52
Mövsümün ən yaxşı oyunçuları, Messi 10-cudur - SİYAHI

Mövsümün ən yaxşı oyunçuları, Messi 10-cudur - SİYAHI

28 yanvar 2023 , 10:53
"Mançester Siti" "Arsenal"ı məğlub edib  1/8 finala çıxdı < /span>

"Mançester Siti" "Arsenal"ı məğlub edib 1/8 finala çıxdı < /span>

28 yanvar 2023 , 06:50
"Arsenal" onun üçün  60 milyon   təklif etdi

"Arsenal" onun üçün 60 milyon təklif etdi

27 yanvar 2023 , 19:36