Rusiyanın tanınmış müğənnisi Zemfira Soçi Qış Olimpiada oyunlarının açılışı mərasimində onun mahnısından icazəsiz istifadədən hiddətlənib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mərasimin açılışı zamanı rəsmi saytda Zemfiranın «Xoçeş» («İstəyirsən») adlı kompozisiyasına icazə vermədiyi haqda xəbər yayılıb. Ancaq açılış zamanı təşkilatçılar bunun əksini edib.
«Birinci Kanal» (Rusiyanın birinci telekanalı nəzərdə tutulur -red.) bütün anlaşmaları pozaraq, mahnımdan razılaşma olmadan istifadə edib»-deyə, müğənninin saytında yazılıb.
Müğənni iddia edib ki, olimpiadanın təşkilatçıları onun müəllif hüququnu tapdayıb.
Olimpiadanın açılışının və qapanmasının məsulu, «Birinci kanal»-ın rəhbəri Konstantin Ernst hələlik məsələyə münasibət bildirməyib.