İngiltərə Premyer Liqa təmsilçisi "Tottenhem"in gənc futbolçusu Dele Alli üçün mövsüm bitib. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın "Vest Bromviç"ə qarşı son oyununda (1:1) rəqib futbolçu Klaudio Yakobun qarnına yumruqla zərbə endirən Alli, federasiya tərəfindən 3 oyunluq cəza alıb.
Bu da o deməkdi ki, 20 yaşlı futbolçu Premyer Liqanın cari mövsümünün qalan oyunlarında hotspurlulara kömək edə bilməyəcək.
Cari mövsümdə meydana çıxdığı 33 oyunda 10 qola imza atan Alli, bir müddət öncə Peşəkar Futbolçular Birliyi tərəfindən mövsümün ən yaxşı gənc futbolçusu seçilmişdi.