Azərbaycan millisinin Rusiya ilə yoldaşlıq görüşü balerina Anastasiya Voloçkova üçün xüsusi əhəmiyyət daşıyıb. Apasport.az saytının məlumatına görə, rusiyalı xanım Moskvada 4:0 hesabı ilə qalib gəldikləri matçdan sonra ölkəsində mətbuatın diqqət mərkəzinə düşüb.
Belə ki, Voloçkova millinin hücumçusu Aleksandr Kerjakovun 2 qol vurduğu üçün onunla evlənməli olduğunu bildirib.
Ölkəsində kifayət qədər tanınmış olan rəqqasə oyuna da məhz 31 yaşlı forvardın dəvəti ilə gəldiyini deyib: “Matça baxmağa Aleksandr Kerjakovun dəvəti ilə gəlmişdim. Yaxşı oyun oldu və Kerjakov matç başlayan kimi 2 qol vurdu. İndi isə o mənimlə evlənməlidir”.