Azərbaycanın şahmat üzrə kişilərdən ibarət milli komandasının sabiq kapitanı Zurab Azmayparaşvili yeni vəzifəyə seçilib. Lent.az-ın sportnet.az-a istinadən verdiyi xəbərə görə, Z.Azmayparaşvili Avropa Şahmat İttifaqına keçirilən prezident seçkisində qalib gəlib.
Norveçin Trömse şəhərində baş tutmuş seçkidə 33 səs yığan Z.Azmayparaşvili rəqibi, qurumun əvvəlki prezidenti bolqarıstanlı Silvio Danailovu 15 səslə geridə qoyub. Z.Azmayparaşvili bu postda 4 il çalışacaq.
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti vəzifəsinə isə yenidən Kirsan İllümjinov seçilib. Rusiyalı funksioner 110 səs yığdığı halda, rəqibi, əslən bakılı olan Harri Kasparov 61 səslə kifayətlənib. İllümjinov çıxışında builki FİDE Qran Prilərindən birinin Bakıda keçiriləcəyini açıqlayıb.
Qeyd edək ki, Z.Azmayparaşvili Azərbaycan yığmasına 2009-cu ildə Avropa çempionluğunu qazandırıb.

Yığmamızın sabiq kapitanı prezident seçildi
Oxşar yazılar

"Real" ən bahalı futbolçunu alır - Vinisiusu o əvəzləyəcək
26 iyul 2025 , 17:58
"Barselona" futbolçulara şənlik etməyi qadağan etdi
26 iyul 2025 , 15:09
Azərbaycan klubu bütün futbolçuları ilə vidalaşdı
26 iyul 2025 , 13:16
"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31
Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar
26 iyul 2025 , 00:14