Yığmamız “cırtdan”la yenə bacarmadı
07 iyun 2013 23:00 (UTC +04:00)

Yığmamız “cırtdan”la yenə bacarmadı

Azərbaycan yığması bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, millimiz yer aldığı F qrupunda Lüksemburqu qəbul edəcək.

Bu, millimizin evdə məğlub edə biləcəyi 2 komandadan biridir. Ona görə də bütün futbol ictimaiyyəti komandamızdan bu qarşılaşmada qələbə gözləyir. Əslində, zaman göstərib ki, cırtdan yığmalarla ilk oyunlarla çətinlik çəksək də, cavab qarşılaşmalarında onları yenməyi bacarmışıq.

Lixtenşteynlə 2 dəfə yer aldığımız qrupda məhz belə olub. Bir dəfə Vadutsda, bir dəfə isə Bakıda knyazlıq təmsilçisinə qarşı ilk oyunumuzu keçirsək də, qələbə qazana bilməmişik. Vadutsda 1:2, Bakıda isə 0:0 hesabı qeydə alınıb. Ancaq cavab qarşılaşmalarında Lixtenşteynə 4:0 və 2:0 hesabı ilə qalib gəlmişik.

İndi də Lüksemburqla oyunda həmin hadisə təkrarlanmağa yaxındır. Hersoqluq təmsilçisini səfərdə yenə bilməsək də (0:0), Bakıda yenməyə qadirik. Rəqibin heyətində Tom Şnell, Matias Yeniş və Qay Blez kimi 3 əsas müdafiəçinin olmaması da yığmamızın işini asanlaşdıran məqamlardandır. 

Düzdür, komandamızda hücum xəttində boşluqlar var. Vüqar Nadirovla Rauf Əliyevin cəza üzündən oyunu buraxması, Cihan Özkaranın isə Qətərdəki məşqlərdən birində zədələnməsi bir az işimizi çətinləşdirə bilər. Ancaq hücum xəttində Berti Foqtsun sərəncamında Qətərlə oyunda mükəmməl qola imza atan Rüfət Dadaşov, çempionatda bombardirlər yarışında yeganə azərbaycanlı olan Pərdis Fərcad-Azad, təcrübəli Branimir Subaşiç və dünən “Qarabağ”ı “İnter”ə dəyişdiyi məlum olan Vaqif Cavadov var.

İndi isə qalır saat 21:00-ı gözləmək. Məhz həmin saatdan etibarən bizə tanış olan macarıstanlı referinin start fiti səslənəcək. Qarşılaşmanın final fitindən sonra arzuladığımız 3 xalı qazansaq, onda əminliklə demək olar ki, turnir cədvəlində 4-cü sıraya qalxacağıq. Çünki bizimlə eyni xalı olan Şimali İrlandiya bu gün oyun keçirməyəcək. 

DÇ-2014-ün seçmə mərhələsinin qrup görüşü

AZƏRBAYCAN – LÜKSEMBURQ - 1:1
QOLLAR: Ruslan Abışov, 71 - Stefan Bensi, 80
QIRMIZI VƏRƏQƏ: Branimir Subaşiç, 85
“Bakcell Arena”. Hakimlər: Mihay Fabian, İştvan Norbert Albert, Peter Berettyan, Şandor Ando-Sabo (hamısı Macarıstan)
Hakim-inspektor: Sokol Yaretsi (Albaniya)
UEFA nümayəndəsi: Tuqomir Frayman (Sloveniya)

AZƏRBAYCAN: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavdov, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 17. Araz Abdullayev, 19. Rahid Əmirquliyev, 20. Rüfət Dadaşov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 8. Pərdis Fərcad-Azad, 9. Qara Qarayev, 10. Elvin Məmmədov, 11. Branimir Subaşiç, 13. Arif İsayev, 16. Cavid Hüseynov, 18. Maksim Medvedev, 21. Vladimir Levin, 22. Əfran İsmayılov
Baş məşqçi: Berti Foqts

LÜKSEMBURQ: 1. Jonatan Juber, 4. Erik Hoffmann (k), 5. Maksim Şano, 7. Massimo Martino, 11. Stefano Bensi, 13. Aurelyen Yoahim, 16. Kris Filips, 17. Mario Mutş, 18. Loryan Yans, 21. Maurie Devil, 22. Lars Gerson.
Ehtiyat oyunçular: 12. Mars Obervays, 6. Rene Peters, 9. Daniel Da Mota, 10. Ben Payal, 14. Tom Latersa, 15. Ante Bukviç, 19. Antonio Luisi, 20. David Turpel
Baş məşqçi: Luk Holts 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar