Yeni nazir çalışdığı futbol klubunu tərk etdi
04 may 2018 17:06 (UTC +04:00)

Yeni nazir çalışdığı futbol klubunu tərk etdi

“Sumqayıt” klubunda Müşahidə Şurasının iclası keçirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, toplantıda şuranın 7 üzvü iştirak edib.

 

Bunlar Muxtar Babayev, Vaqif Ömərov, Hacı Salayev, Teymur Səmədov, Telman Salahov, Abdulla Məmmədov və komandanın prezidenti Riad Rəfiyev olub.

 

Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edildiyi üçün Müşahidə Şurasının üzvü kimi fəaliyyət göstərə bilməyəcəyi ilə əlaqədar şuraya müraciət edərək, üzvlükdən azad edilməsini xahiş edib. İclas zamanı Müşahidə Şurasının sədri Abdulla Məmmədov öz növbəsində Muxtar Babayevə 8 il ərzində "Sumqayıt"a və idmana göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək işlərində uğurlar arzulayıb.

Sonda Muxtar Babayevin müraciəti qəbul olunub və onun Müşahidə Şurası üzvlüyündən azad edilməsi qərara alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468
avatar

APA Baycan

Oxşar yazılar