Futbol üzrə Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, XX turun “Xəzər Lənkəran” – “Neftçi” matçında qeydə alınan tamaşaçı sayı 2013/2014-cü il mövsümündə ən yüksək göstəricidir.
Qarşılaşmanı 11000 tamaşaçı izləyib. Bu matça I dövrənin Lənkəranda iki komanda arasında baş tutan oyunla müqayisədə 1000 tamaşaçı artıq baxıb.
Ümumiyyətlə, cari mövsüm çempionatda ən çox tamaşaçı toplayan 5 oyunun hamısı Lənkəranda keçirilib:
tur |
Tarix |
oyun |
tamaşaçı sayı |
20 |
09.02.2014 |
Xəzər Lənkəran - Neftçi |
11000 |
4 |
25.08.2013 |
Xəzər Lənkəran - Neftçi |
10000 |
11 |
27.10.2013 |
Xəzər Lənkəran - Qarabağ |
7500 |
6 |
14.09.2013 |
Xəzər Lənkəran - Bakı |
7100 |
2 |
11.08.2013 |
Xəzər Lənkəran - Simurq |
7000 |