
"Bakı" klubu dağıla bilər: "Vəziyyətimiz kritikdir"
"Bakı" klubu yenidən dağılma təhlükəsi ilə üzləşib. Lent.az-ın məlumatına görə, bu barədə sportnet.az-a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib.
O bildirib ki, komandada vəziyyət kritikdir: "Biz öhdəmizə düşən işi sonadək görəcəyik. Bunun üçün əlimizdən gələni edirik. Amma vəziyyət hələ də düzəlməyib. Təkcə əmək haqqı ilə iş bitmir. Ev və səfər oyunlarına geyim və təchizat kimi məsələlərin də həlli vacibdir. Düşünür ki, artıq bu məsələlərin həllində gecikirik. Açıq deyim ki, belə davam etsə, komandamızın çempionatda iştirakı çətin olacaq".
Bir müddətdir ki, klub prezidenti Hafiz Məmmədovla əlaqələrinin olmadığını deyən Seyidov problemlərin həllində AFFA-nın "Bakı"ya yaxından kömək göstərdiyini açıqlayıb. Bununla belə vitse-prezident bir çox məsələnin hələ də həllini gözlədiyini vurğulayıb: "Ümid edirik ki, son anda da olsa, problemlərimiz həllini tapacaq və biz növbəti çempionata qatılacağıq".
Oxşar yazılar

"Real" Vinisiusu satacaq - SƏBƏB
26 iyul 2025 , 13:01
MLS Messini cəzalandırdı
26 iyul 2025 , 09:41
Gündə yeddi min addım atmaq həyatınızı dəyişə bilər
26 iyul 2025 , 04:31
Azərbaycan paralimpiyaçıları İstanbulda 4 medal qazandılar
26 iyul 2025 , 00:14
Yay transferinə ən çox pul xərcləyən ilk 5 klub – SİYAHI
25 iyul 2025 , 19:20
"Liverpul" bu yay tranferlərə 300 milyon xərcləyib
25 iyul 2025 , 17:51
Əfsanəvi italiyalı Ərəb Əmirliklərində baş məşqçi oldu
25 iyul 2025 , 15:45