Velosiped yarışından sonra bu hala düşdü
30 iyul 2014 12:15 (UTC +04:00)

Velosiped yarışından sonra bu hala düşdü

Fransada keçirilən velosiped yarışında birinciliyi Astana komandasının üzvü qazansa da, ən yaddaqalan hadisə polşalı idmançı Bartos Huzarskinin düşdüyü vəziyyət oldu. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, polşalı velosipedçi yarışdan sonra facebook səhifəsində ayaq əzələlərinin düşdüyü vəziyyəti paylaşıb. Fotodan idmançının ayaq əzələlərinin həddindən artıq gərildiyi və damarların anormal formada şişdiyi aydın görünür. Bəzi mütəxəssislər idmançının bu hala düşməsini onun dopinqdən istifadə etməsi ilə izah etməyə çalışırlar.

33 yaşlı polşalı velosipedçi bildirib ki, ayaqlarının fotosunun bu qədər rezorans doğuracağını gözləmirmiş: “İsti havada ağır yarışdan sonra belə görüntünün ortaya çıxması çox normaldır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1666

Oxşar yazılar