Yaponiya Tacikistana, Özbəkistan İordaniyaya qalib gəldi
31 may 2013 00:06 (UTC +04:00)

Yaponiya Tacikistana, Özbəkistan İordaniyaya qalib gəldi

 

Mayın 30-da Bakıda III Caspian Cup beynəlxalq turnirində qrup mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, AFFA-nın təşkilatçılığı və AccessBank-ın baş sponsorluğu ilə baş tutan ənənəvi yarışın ikinci günündə yenə 4 qarşılaşma baş tutub. 

Ötən gün Qırğızıstan millisini darmadağın edən yığma komandamız mayın 30-da istirahət edib. Asiya təmsilçiləri ABŞ-la qarşılaşıb. Qırğızıstan yenə rəqibinə darmadağın olub.

Digər görüşlərdə isə Qazaxıstan Gürcüstanla üz-üzə gəlib. Burada da azarkeşlər böyük hesablı oyuna şahidlik ediblər. Belə ki, gürcüstanlılar rəqibini 13:1 hesabı ilə məğlub edib. 

Yaponiya Tacikistanı, Özbəkistan isə İordaniya yığmasını top atəşinə tutub.

Qeyd edək ki, 2011-ci ildə Türkiyə, ötən il isə Gürcüstan yarışın qalibi adını qazanıb. 


30 may

B qrupu

Qazaxıstan – Gürcüstan - 1:13

A qrupu 
ABŞ - Qırğızıstan - 11:0

D qrupu 
Tacikistan – Yaponiya - 1:3

C qrupu 
İordaniya - Özbəkistan - 0:7 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 788
avatar

Oxşar yazılar