UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qurumun saytında azarkeşlər arasında keçirilən sorğuya əsasən, “Şaxtyor”un oyunçusu Dario Srna birinci olub.
O, səslərin 45 faizini toplayıb.
Qeyd edək ki, xorvatiyalı müdafiəçi Avropa Liqasının 1/4 finalında “Braqa”ya qarşı cavab oyununda (4:0) komandasının 1-ci qolunu vurub. O, bu matçda həm də rekord sayda – 486-cı dəfə ukrayna klubunun formasını geyinib.