Volkan və Sabri Türkiyə yığmasından qovuldu
15 may 2013 12:41 (UTC +04:00)

Volkan və Sabri Türkiyə yığmasından qovuldu

“Fənərbağça” və “Qalatasaray” komandaları arasında ötən həftəsonu keçirilmiş Türkiyə Superliqası matçında dalaşan qapıçı Volkan Dəmirəl və müdafiəçi Sabri Sarıoğlu milli komandadan qovulub. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörənlə yığmanın baş məşqçisi Abdullah Avcı arasında keçirilmiş görüşdə qərar qəbul edilib.

 

Dəmirörən bildirib ki, millidə çıxış edən futbolçunun hər kəsə nümunə olmalıdır: “Hər iki futbolçunun yığmaya çağırılmamasının gərəkliyini düşünürəm. Amma yenə də səlahiyyətli və məsul şəxs sizsiniz. Qərarı da siz verin”.

 

Avcı isə “Hər iki futbolçunu milliyə çağırmağı düşünmürəm” deyib. Hələlik Türkiyə yığmasının mayın sonlarında Almaniyada keçirəcəyi təlim-məşq toplantısına Volkan və Sabrinin aparılmayacaqları dəqiqdir. Baş məşqçi toplanış üçün heyəti həftəsonu açıqlayacaq.

 

Futbolçuların TFF İntizam Komitəsi tərəfindən də ciddi cəzaya məruz qalacaqları bildirilir. Bundan başqa “Fənərbağça” rəhbərliyinin kapitan sarğısını Volkandan alaraq, Göhkan Gönülə verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Volkan Dəmirəl və Sabri Sarıoğlu derbidə uzatma dəqiqələrində dalaşıblar. Sabri oyundan sonra bildirib ki, Volkan onun anasını söydüyü üçün sərt cavab verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1617
avatar

Oxşar yazılar