Bu gün Bədən Tərbiyəsi və İdman günü münasibətilə velosipedçilərin yürüşü keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yürüşə tərkibində müxtəlif yaş qrupları üzrə yığma üzvlərinin də olduğu 50-yə yaxın velosipedçi qatılıb.
Onlar Şəhidlər Xiyabanından Hüseyn Cavid prospektinədək yol qət ediblər. Veloyürüş şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.