Velosipedçimiz fəxri kürsüdə
27 fevral 2014 11:09 (UTC +04:00)

Velosipedçimiz fəxri kürsüdə

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.HC kateqoriyalı “Tour of Langkawi” yarışı Azərbaycanın “Synergy Baku” komandası üçün uğurla başlayıb. Lent.az-ın məlumatına görə, 101 km-dən ibarət ilk mərhələdə komandamızın irlandiyalı üzvü Metyu Bremmier 2 saat 21 dəqiqə 51 saniyə göstərici ilə finiş xəttini 2-ci keçib və fəxri kürsüdə yer alıb.

 

Bremmier dağ mərhələsində hamıdan yaxşı çıxış etməklə qırmızı maykanı da ələ keçirib. İlk mərhələnin qalibi isə “Colombia” komandasının üzvü Duber Kointero olub – 2 saat 21 dəqiqə 40 saniyə.

 

“Synergy Baku”nun almaniyalı velosipedçisi Maykl Şvayzer, həmvətənlərimiz Elçin Əsədovla Tural İsgəndərov və avstraliyalı Patrik Leyn isə liderə 18 saniyə uduzmaqla finiş xəttini eyni anda keçiblər. Velosipedçilərimizin uğurlu çıxışı “Synergy Baku”nun komanda hesabında 2-ci yerdə qərarlaşmasına şərait yaradıb. Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 132.5 km məsafə qət etməlidirlər.

 

Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar