Üzgüçümüz 2 medal qazandı
21 aprel 2014 10:36 (UTC +04:00)

Üzgüçümüz 2 medal qazandı

 

 

Azərbaycan paralimpiyaçısı Dmitriy Saley Şotlandiyanın Qlazqo şəhərində keçirilən üzgüçülük üzrə açıq çempionatda uğurla çıxış edib. Milli Paralimpiya Komitəsindən Lent.az-a verilən məlumata görə, Saley 100 metr məsafəni hamıdan öndə qət edərək, qalib olub.

 

O, daha bir medala 200 metr məsafəyə üzgüçülükdə əldə edib. Üzgüçümüz bu dəfə 2-ci yeri tutub. 

# 500
avatar

Oxşar yazılar