Uşu ustalarımız Olimpiya oyunlarına lisenziya qazandılar
22 mart 2014 14:49 (UTC +04:00)

Uşu ustalarımız Olimpiya oyunlarına lisenziya qazandılar

Martın 12-dən 19-dək Türkiyənin Antalya şəhərində UŞU üzrə gənclər arasında VI Dünya Çempionatı keçirilib. Bu barədə Lent.az-a Azərbaycan Uşu Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

 

Bu yarışda ölkəmizi 4 idmançı ,baş məşqçi-rəhbər təmsil edib. 52, 60,70 kq çəki dərəcələrində çıxış edən idmançılarımız hərəsi iki döyüşdə qalib gəlməklə səkkizliyə daxil olaraq, 2014-cü il Gənclərin Yay Olimpiya oyunlarındakı UŞU turnirinə lisenziya qazanıblar.

 

Beləliklə federasiya bu yarış üçün qarşısına qoyduğu planı 100% yerinə yetirmişdir. Eyni zamanda, 60 kq çəki dərəcəsində Yerkin Osmanov və 80 kq çəki dərəcəsində Məhəmməd Rüstəmli çempionatın bürünc medallarını qazanmışlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar