"Qalatasaray"ın keçmiş prezidenti Ünal Aysal yeni seçkilərdə namizədliyini irəli sürməyə hazırlaşır.
Musavat.com-un Türkiyənin "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, Ünal Aysal bu dəfə 300 milyon dollar büdcə ilə prezidentlik uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Ünal Aysal 2011-2014-cü illərdə "Qalatasaray"ın prezidenti olub və bu vaxt ərzində klub 2 dəfə ölkə çempionluğu, 1 dəfə super kubok qazanıb.