FHN-nin mini-futbol üzrə çempionatı keçirilib
05 may 2018 12:30 (UTC +04:00)

FHN-nin mini-futbol üzrə çempionatı keçirilib

 

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 30 aprel - 4 may 2018-ci il tarixlərində Nazirliyin qurumları arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş mini-futbol üzrə çempionat keçirilib. Lent.az-ın məlumatına görə, beş gün davam edən və FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının stadionlarında keçirilmiş çempionatda ümumilikdə hər birində 12 nəfər olmaqla 19 komanda iştirak edib.

Komandalar 4 qrupda  mübarizə aparmış, hər qrupda 1 və 2-ci yeri tutan komandalar 1/4 finala vəsiqə qazanıb. Yarımfinalda nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti (XRXX) ilə Maddi-Texniki Təchizat İdarəsinin (MTTİ), Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) ilə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandaları qarşılaşıb. Qarşılaşmalarda  MTTİ XRXX komandasına 7-3, DYMX isə TTNDA-in komandasına 3-1 hesabı ilə qalib gəlib.

Mayın 4-də isə 3-cü və 1-ci yer uğrunda yekun oyunlar keçirilimişdir. Çempionatın final mərhələsini fövqəladə hallar nazirinin müavinləri – tibb xidməti general-leytenantı Faiq Tağı-Zadə və general-leytenant Etibar Mirzəyev, yarışda iştirak edən komandaların təmsil etdikləri qurumların rəhbər şəxsləri izləyiblər.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmalar zamanı XRXX TTNDA-nin komandasına 8:0 hesabı ilə qalib gərək 3-cü yerə çıxıb. Final matçında isə MTTİ və DYMX-nın komandaları qarşılaşmışlar. Maraqlı mübarizə ilə yadda qalan final oyununda rəqibini 6-3 hesabı ilə məğlub edən MTTİ-in komandası çempion olub.

Final oyunundan sonra tədbirin bağlanış mərasimi keçirilib. Dövlət himninin səslənməsi ilə başlanan mərasimdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bu yarışın ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmasının əhəmiyyətindən danışıb.

 

Qeyd edib ki, Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasının əsası Ümummilli Liderin gənclərə və idmana göstərdiyi diqqət və qayğı ilə qoyulub. Bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkəmiz daha da inkişaf edəcək və çiçəklənəcək. Natiq qalib komandaları təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və FHN İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev çıxış edərək iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.

Sonda qaliblərə kubok, medal və diplomlar təqdim edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar