Ulduz futbolçu prezidentlə dost olduğunu dedi
12 fevral 2015 06:28 (UTC +04:00)

Ulduz futbolçu prezidentlə dost olduğunu dedi

Türkiyə millisinin oyunçusu ölkə prezidenti ilə yaxın münasibətdə olduğunu bildirib.

 

Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, İspaniyanın “Atletiko Madrid” klubunda top qovan, Türkiyə millisinin ulduz futbolçusu Arda Turan Fransanın məşhur “So foot” jurnalının son nömrəsinə müsahibə verib. Fransız jurnal türk futbolçuya 6 səhifəlik yer ayırıb.

 

Müsahibəsində bir sıra sualları cavablandıran Arda, eyni zamanda ölkəsinin prezidenti Rəcəb Tayyib Ərdoğanla da münasibətlərinin yaxşı olduğunu etiraf edib.

 

“Onu 8 yaşımdan bəri tanıyıram . Mənim ölkə üçün yaxşı bir nümunə olduğumu söyləmiş və məni təbrik etmişdi. Futbolu çox sevir, bəzən matçlardan əvvəl paltardəyişmə otağına gələrək bizdə ruh yüksəkliyini artırır. Onunla qarşılaşanda söhbətimiz hər şeydən ola bilər, eyni iki dostun danışığı kimi” – deyə Arda Turan jurnala bildirib.

 

Bundan başqa, o, əgər bir gün evlənərsə, onu da toy mərasiminə çağıracağını sözlərinə əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar