Almaniyalı futbolçu Filip Lam karyerasını bitirəcəyi vaxtı açıqlayıb. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın kapitanı mövsümün sonunda yaşıl meydanlarla birdəfəlik vidaşalacaq.
“Bild” nəşrinin xəbərinə görə, 33 yaşlı müdafiəçi bu barədə artıq klub rəhbərliyini də məlumatlandırıb.
Daha əvvəl alman mətbuatında münhenlilərin Lama idman direktorluğu vəzifəsini təklif etdikləri, ancaq Filipin bu təklifi qəbul etmədiyi qeyd olunmuşdu.
Qeyd edək ki, kapitan “Bavariya” karyerası müddətində 19 mükafat qazanıb ki, onlardan 7-si Bundesliqa çempionluğu, 6-sı ölkə kuboku, biri isə Çempionlar Liqası çempionluğudur. Bundan əlavə o, 2014-cü ildə millinin heyətində dünya kubokunun da qalibi olub.