“Beşiktaş”ın seneqallı legioneri Demba Ba namaz vaxtı bütün komandanı gözlədib.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, hadisə “Kasımpaşa” - “Beşiktaş” (1:5) matçından sonra baş verib.
Qarşılaşmanın başa çatmasından sonra “Beşiktaş”ın üzvləri klubun avtobusuna miniblər və Demba Ba da minərkən azan oxunmağa başlayıb.
Namaza böyük həssaslıqla yanaşan Demba Ba avtobusa minmək fikrindən daşınaraq ibadətini yerinə yetirmək üçün məscidə gedib.
Komanda yoldaşları isə namazı qılıb qayıdana qədər Demba Banı gözləyib. Ulduz futbolçu namazdan qayıtdıqdan sonra komandanın avtobusu yola düşüb.