“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqas karyerasını ABŞ-da davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu ispaniyalı futbolçu özü deyib.
Ancaq 30 yaşlı oyunçu hazırda bu barədə düşünmür. O, gələcəkdə MLS liqasında çıxışını istisna etmir: “Səni gələcəkdə nələrin gözlədiyini heç vaxt bilməzsən. Vaxt gələcək, Avropada oynamaq mənim üçün çətin olacaq. Onda öz gücümü MLS liqasında sınaya bilərəm”.
Qeyd edək ki, Sesk Fabreqas karyerası ərzində “Arsenal”, “Barselona” və “Çelsi” klublarının formasını geyinib.