Ukrayna televiziyasında “Bakı 2015”lə bağlı sənədli filmlər göstəriləcək
26 iyun 2015 18:27 (UTC +04:00)

Ukrayna televiziyasında “Bakı 2015”lə bağlı sənədli filmlər göstəriləcək

0

Ukraynanın Birinci Dövlət Televiziyası “Bakı 2015” Avropa Oyunlarının iştirakçıları haqqında sənədli film yayımlayacaq. Lent.az-ın məlumatına görə, televiziya filmi 6 hissədən ibarət olub, hər bir hissə 20 dəqiqə davam edəcək. Filmin ilk hissəsi Ukrayna yığmasının  ayrı-ayrı üzvlərindən və məşqçilərindən bəhs edəcək. Filmdə idmançıların I Avropa Oyunlarına hazırlığı, Bakıdakı çıxışları, mükafatçıların və qaliblərin müsahibələri yer alacaq. İlk Avropa oyunlarından bəhs edən sənədli filmin Ukraynanın Birinci Dövlət kanalında iyunun 30-dan başlayaraq çərşənbə axşamları yayımlanması nəzərdə tutulur. Filmin ilk hissəsində sambo, stolüstü tennis, velosport, atıcılıq və idman gimnastikası üzrə Ukraynanı “Bakı 2015” Avropa Oyunlarında  təmsil edən idmançılardan bəhs olunacaq.

 

Qeyd edək ki, Ukraynanın Birinci Dövlət Televiziyası “Bakı 2015” Avropa Oyunlarına 100 saatdan artıq efir vaxtı ayırmaqla, yanaşı oyunlarla bağlı 20 veriliş, 2700 reklam çarxı yayımlamaqdadır. 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 286

Oxşar yazılar