UEFA üzvləri FİFA prezidentinə qarşı aksiya keçirəcək
03 iyun 2014 06:15 (UTC +04:00)

UEFA üzvləri FİFA prezidentinə qarşı aksiya keçirəcək

Bu ilin iyununda Braziliyanın  San-Paul şəhərində FİFA-nın illik qurultayı keçiriləcək. Lent.az-ın “Gazeta.ru”-ya istinadən məlumatına görə, qurumun indiki prezidenti Yozef Blatter bu posta yenidən seçilmək istəyir.

 

İngiltərədə çıxan “Teleqraf” qəzeti bildirib ki, UEFA-ya üzv 54 ölkənin təmsilçisi onun seçilməsinə etiraz olaraq, tədbir keçirilən gün oturaq aksiya keçirməyi planlaşdırır.

 

Mənbənin məlumatına əsasən, 78 yaşlı idman məmuru FİFA-nın 209 üzvünün təmsilçisi qarşısında öz namizədliyini irəli sürmək niyyətindədir.

 

Qeyd edək ki, Blatter 4 dəfə bu vəzifəyə seçilib.

 

UEFA-nın başçısı Mişel Platini və avropalı futbol təmsilçiləri hesab edir ki, təşkilatın nüfuzu yalnız bu sayaq etiraz etməklə bərpa oluna bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 934
avatar

Oxşar yazılar