UEFA Super Kubokunun hakimləri millimizin oyununda
02 sentyabr 2013 17:34 (UTC +04:00)

UEFA Super Kubokunun hakimləri millimizin oyununda

Sentyabrın 7-də İsrail və Azərbaycanın futbol üzrə milli komandaları arasında keçiriləcək 2014-cü ildə dünya çempionatının seçmə qrup matçının hakimləri açıqlanıb. Lent.az-ın məlumatına görə, Ramat Gan şəhərindəki eyniadlı stadionda keçiriləcək oyunun baş hakimi Ştefan Yohannesson olacaq.

 

Ona Ştefan Uittberq və Fredrik Nilsson yan xətt, Mixael Leryös 4-cü hakim qismində kömək edəcəklər. Hakimlər briqadası İsveçdəndir.

 

Qeyd edək ki, Ştefan Yohanesson və Ştefan Uittberq avqustun 30-da İngiltərənin “Çelsi” və Almaniyanın “Bavariya” komandaları arasında keçirilmiş UEFA Super Kuboku uğrunda matçın  hakimlər briqadasında da yer alıb. Yohanesson əlavə (qapı arxası), Uittberq 4-cü hakim qismində referi Yonas Erikssona kömək edib. Həmin oyunun UEFA nümayəndəsi isə AFFA-nın baş katibi Elxan Məmmədov olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Oxşar yazılar