FİFA prezidenti "Qarabağ"ı təbrik etdi
10 may 2016 15:45 (UTC +04:00)

FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

0

FİFA-nın prezidenti Canni İnfantino Topaz Premyer Liqasının qalibini təbrik edib. Lent.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, o, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda "Qarabağ" klubuna təbriklərini çatdırıb.

 

İnfantino dünya futbol ailəsi adından Ağdam təmsilçisini Topaz Premyer Liqasının 2015/2016-cı il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar