Mayın 25-də UEFA Çempionlar Liqasının 2012/13-cü il mövsümünün qalibi məlum oldu.
Lent.az-ın məlumatına görə, bu görüşdə Almaniyanın iki klubu - "Borussiya" (Dortmund) və "Bavariya" (Münhen) Londonun "Uembli" stadionunda qarşılaşıb.
Xatırladaq ki, "Bavariya" son Almaniya çempionudursa, "Borussiya" bundan əvvəl ardıcıl iki dəfə Bundesliqanın qalibi olub. "Borussiya" tarixidə ilk dəfə 1997-ci ildə Liqanın qalibi olub.
"Bavariya" isə bu uğura dörd dəfə imza atıb.Onlar sonuncu dəfə 2001-ci ildə Avropanın ən güclüsü olub.
Keçən mövsüm isə finalda "Çelsi"yə uduzub.
Görüşü Nikola Ritsollinin başçılıq etdiyi italiyalı hakimlər briqadası idarə edib.
"Borussiya" (Dortmund, Almaniya) - "Bavariya" (Almaniya) - 1:2
Qollar: Mandjukiç, 60 (0:1), İlkay Gündoğan, 68-pen (1:1), Aryen Robben, 89 (1:2)
"Borussiya": Veydenfeller (k), Subotiç, Pizçek, Hummels, İlkay Gündoğan, Blaşikovski, Şmeltser, Bender, Qrosskroyts, Roys, Levandovski
Ehtiyat oyunçular: Lanqerak, Kirx, Santana, Köl, Lyaytner, Nuri Şahin, Şiber
“Bavariya”: Noyer, Boatenq, Martinez, Dante, Lam (k), Riberi, Robben, T.Müller, Alaba, Şvaynştayger, Mandjukiç
Ehtiyat oyunçular: Ştarke, van Buyten, Şaçiri, Luis Qustavo, Timoşuk, Pisarro, Qomes