Mayın 2-də UEFA Avropa Liqasının finalçıları məlum oldu.
Lent.az-ın məlumatına görə, “Benfika” öz meydanında “Fənərbaxça”nı qəbul edib. Bu komandalar arasındakı ilk oyun Türkiyə təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda “Bazel” "Çelsi"nin qonağı olub. İlk oyunda rəqib meydanında 2:1 hesabı ilə qalib gələn ingilislər qonaqların qarşısına daha şanslı çıxıb.
“Benfika” (Portuqaliya) - “Fənərbaxça” (Türkiyə) - 3:1
İlk oyun (0:1)
Qollar: Qaytan, 9 (1:0), Kuyt, 23-pen (1:1) Kardoso, 35 (2:1), 67 (3:1)
“Çelsi” (İngiltərə) – “Bazel” (İsveçrə) - 3:1
İlk oyun (2:1)
Qol: Salah, 45 (0:1), Torres, 50 (1:1), Mozes, 52 (2:1), David Luiz, 59 (3:1)