"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi İtaliya "İnter"i maliyyə "feyr-pley"ini pozub. Lent.az-ın sportnet.az-a istinadən məlumatına görə, bu barədə "Football Italia" məlumat yayıb. Milan klubunun xərc limitini keçməsi barədə UEFA-dan rəsmi bildiriş gəlib.
"Neradzurri"nin büdcə kəsirinin 12 milyon avro olduğu bildirilir. Analoji bildiriş "Roma"ya da ünvanlanıb. Paytaxt təmsilçisinin kəsirinin isə bir qədər çox olduğu deyilir. İstisna deyil ki, hər iki klub UEFA-nın sanksiyalarına məruz qalsın.
Qeyd edək ki, daha öncə Rusiyanın "Zenit", Fransanın PSJ və İngiltərənin "Mançester Siti" klubları belə sanksiya ilə üzləşiblər. Bu klublar külli miqdarda cərimələniblər. "İnter"lə "Qarabağ" arasındakı ilk görüş oktyabrın 2-də İtaliyada olacaq.
UEFA "Qarabağ"ın rəqibinə barmaq silkələdi
1333