UEFA “Neftçi”nin oyununun yerini dəyişdi
09 avqust 2014 10:32 (UTC +04:00)

UEFA “Neftçi”nin oyununun yerini dəyişdi

Avroliqanın pley-off mərhələsinin püşk atmasının nəticəsinə əsasən, həm Hollandiya "Tvente"si ilə qarşılaşmalı olan son çempion "Qarabağ", həm də Serbiya "Partizan"ına rəqib olan "Neftçi" ilk oyununu öz meydanında keçirməli idi. Apasport.az xəbər verir ki, bu səbəbdən UEFA Azərbaycan təmsilçilərindən birinin oyununun yerini dəyişib.

Qitə futbol qurumu hansı klubumuzun ilk matçını evdə keçirməyəcəyinə aydınlıq gətirib. “Neftçi” pley-off mərhələsinin ilk qarşılaşmasını Serbiyada oynayacaq. “Qarabağ” isə “Tvente”ni doğma meydanda qəbul edəcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk görüşləri avqustun 21-də, cavab qarşılaşmaları isə 28-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310
avatar

Oxşar yazılar