UEFA: “"Fənərbağça” və “Beşiktaş” klublar cəzalandırılsın"
10 iyun 2013 20:03 (UTC +04:00)

UEFA: “"Fənərbağça” və “Beşiktaş” klublar cəzalandırılsın"

UEFA Nizam-İntizam Komitəsi “Beşiktaş”la bağlı iyunun 21-də, “Fənərbağça ilə bağlı isə iyunun 22-də qərar verəcək

 

Bakı – APA. UEFA müfəttişləri Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı 1,5 ildir davam edən araşdırmalarını tamamlayıblar. APA-nın xəbərinə görə, araşdırmanın sonunda Türkiyənin iki böyük klubu – “Fənərbağça” və “Beşiktaş”la bağlı dosyelər UEFA-nın cəza orqanı olan Nizam-İntizam Komitəsinə göndərilib.

 

Müfəttişlər “Fənərbağça” klubunun 2 il müddətinə UEFA yarışlarından məhrum edilməsini tələb ediblər. Bundan başqa, “Fənərbağça” prezidenti Əziz Yıldırım və bu klubun digər 4 təmsilçisinin futboldan kənarlaşdırılması tələb edilib.     

 

“Beşiktaş”a gəldikdə isə, bu klubun bu il UEFA yarışlarından kənarlaşdırılması və danışılmış oyunlarda adı keçən keçmiş vitse-prezidenti, hazırda “Beşiktaş” prezidentliyinə namizəd olan Sərdal Adalı və komandanın keçmiş baş məşqçisi Tayfur Havutçunun futboldan kənarlaşdırılması tələb olunub.

 

UEFA Nizam-İntizam Komitəsinin “Beşiktaş”la bağlı iclası iyunun 21-nə, “Fənərbağça ilə bağlı iclası da iyunun 22-nə təyin olunub.    

 

Xatırladaq ki, Türkiyə futbolundakı danışılmış oyunlarla bağlı qalmaqal 2 il əvvəl baş verib. “Fənərbağça” prezidenti Əziz Yıldırım da daxil olmaqla, bir çox klub rəhbəri, menecerlər və futbolçular həbs edilib. Məhkəmə onları müxtəlif müddətə azadlıqdan məhrum etsə də, bu şəxslər 1 il həbsdə qaldıqdan sonra azadlığa buraxılıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 792
avatar

Oxşar yazılar