UEFA-ya yeni üzv seçildi
04 may 2016 04:40 (UTC +04:00)

UEFA-ya yeni üzv seçildi

0

Macarıstanın paytaxtı Budapeştdə UEFA-nın Növbəti Konqresi keçirilib. Apasport.az saytının məlumatına görə, quruma üzv olan bütün milli assosiasiyaların iştirak etdiyi tədbir Kosovanın UEFA-ya qəbul edilməsi ilə əlamətdar olub.

 

Kosova millisi bundan sonra Avropa çempionatının seçmə mərhələsində iştirak edə biləcək, ölkə klubları isə UEFA-nın təşkil etdikləri turnirlərə qatılacaqlar.

 

UEFA-dan sonra FİFA-nın da eyni addımı atacağı gözlənilir.

 

Qeyd edək ki, UEFA-ya üzv olan bəzi ölkələr, o cümlədən Azərbaycan rəsmi səviyyədə Kosovanın müstəqilliyini tanımayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar