UEFA-dan Krım klublarına qadağa - <span style="color:red;">SİYAHI
23 avqust 2014 12:12 (UTC +04:00)

UEFA-dan Krım klublarına qadağa - SİYAHI

UEFA Krım klublarının Rusiya Futbol Federasiyası (RFF) bayrağı altında keçiriləcək yarışlarda iştirakını tanımayacağını açıqlayıb. Lent.az-ın xəbərinə görə, UEFA-nın saytında verilən açıqlamada qərarın Krımdakı siyasi vəziyyətlə bağlı olduğu deyilib.

 

Krımın üç futbol klubu “Tavriya” Simferepol, “Sevastopol” və “Jemçujina” Yalta klubu gələcək mövsümdə Rusiyanın ikinci divizionunda çıxış edəcək. Bundan başqa üç klub avqustun 12-də Rusiya kuboku çərçivəsində keçirilən oyunlar zamanı meydana çıxıb.

 

Rusiyanın idman naziri Vitali Mutko isə UEFA-nın məlum qərarına etiraz edib: “Bu məsələdə Rusiya Futbol Federasiyasının haqlıdır. Geriyə addım atmaq fikrimiz yoxdur. Ölkə qanunlara görə Krım Rusiyanın ərazisidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1084
avatar

Oxşar yazılar