Türkiyədə kubok qarşılaşmalarının da vaxtı dəyişdirildi
06 aprel 2015 22:29 (UTC +04:00)

Türkiyədə kubok qarşılaşmalarının da vaxtı dəyişdirildi

Türkiyə Futbol Federasiyası Super liqa oyunlarının vaxtını dəyişdirdikdən sonra, bu həftəki kubok qarşılaşmalarının da təxirə salındığı bildirilib. Apasport.az saytı yerli mətbuata  istinadən xəbər verir ki, artıq “Manisaspor”  və “Qalatasaray” arasında baş tutmalı olan matçın biletlərinin satışı dayandırılıb.

 

Qeyd edək ki, Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Fənərbaxça” – “Mersin İdman Yurdu”,   “Sivasspor – “Kayserispor”,  “Gənclərbirliyi” – “Bursaspor”,  “Manisaspor” - “Qalatasaray”  qarşılaşmaları 7 və 8 apreldə keçirilməli idi. Qərara əsasən, həmin oyunların tarixi növbəti həftəyə keçirilib.  

 

Xatırladaq ki, məlum qərarlar “Fənərbaxça” klubunun avtobusuna olan silahlı basqından sonra verilib. “Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “sarı-lacivərdlilər”in avtobusu Trabzon vilayəti ərazisində atəşə tutulub.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 195
avatar

Oxşar yazılar