Türkiyə yığmasının futbolçusu Ömər Toprak "Borussiya Dortmund"a transfer olub. Lent.az xəbər verir ki, bu barədə fanatik.com.tr xəbər yayıb. Bildirilib ki, Dortmund klubu bu gün transferi açıqlayıb.
Qeyd edək ki, Ömər Topraq "Bayer Leverkuzen"in kapitanı idi. Tanınmış futbolçu müdafiə xəttində çıxış edir. Dortmund klubunun heyətində ondan başqa Nuri Şahin və Emre Mor kimi türkiyəli futbolçular da var.