Türkiyə yığmasında növbəti qalmaqal
24 mart 2015 03:34 (UTC +04:00)

Türkiyə yığmasında növbəti qalmaqal

"Bayer" (Leverkuzen) klubunun müdafiəçisi Ömər Toprak Türkiyə millisinin düşərgəsinə qatılmaqdan imtina edib.

 

Lent.az-ın “anspress.com”a istinadən məlumatına görə, "Avro-2016"nın seçmə mərhələsində Hollandiya ilə oyuna çağırılan təcrübəli futbolçu bunu yığmadakı komanda yoldaşı Gökhan Töre ilə aralarında problem yaşaması ilə əlaqələndirib.

 

Gökhan Törenin daha öncə onu silahla hədələdiyini əsas gətirən Ö.Toprak yığmanın düşərgəsinə qatılmaq istəmədiyini açıqlayıb. Toprakın şərəfini qoruduğu "Bayer" klubu da futbolçusunu dəstəkləyib. Türkiyə yığmasının baş məşqçisi Fatih Terimin Toprakı razı salmaq cəhdləri də nəticəsiz qalıb.

 

Xatırladırıq ki, Hollandiya - Türkiyə oyunu martın 28-də, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar