Türkiyə millisi DÇ-2018-in seçmə mərhələsində Kosovo ilə səfər görüşünü neytral meydanda keçirəcək. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Türkiyə Futbol Federasiyası (TFF) rəsmi saytı vasitəsilə yayıb.
Xəbərdə bildirilir ki, bu il baş tutacaq qarşılaşma Kosovoda deyil, Albaniyada oynanılacaq. Buna səbəb Kosovoda UEFA-nın tələblərinə cavab verən stadionun olmamasıdı.
Qeyd edək ki, Kosovo – Türkiyə oyunu iyunun 11-də keçiriləcək