Futbol üzrə Türkiyə Super Liqasında çıxış edən ən dəyərli 10 futbolçu müəyyənləşib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, adıçəkilən ölkədə çempionatın ən dəyərliləri "Qalatasaray"da çıxış edir.
İstanbul klubunun holland ulduzu olan Uesli Sneyder və uruqvaylı qapıçı Fernando Musleranın qiyməti 18 milyon avrodur.
Türkiyə mətbuatının yazdığına görə, 3-4-cü pillələri tutan "Fənərbaxça"lılar Mussa Sov və Emmanuel Emenikeyə 16 milyon avro qiymət qoyulub. İlk "beşliy"i başqa bir "Qalatasaray"lı - Burak Yılmaz qapayır - 14 milyon avro.
Onu da qeyd edək ki, ilk "onluq"da "Fənərbaxça"nın 5, "Qalatasaray"ın 4, "Trabzonspor"un 1 futbolçusu yer alıb. Ən bahalılar arasında "Beşiktaş"lı yoxdur.