Türkiyə prezidentliyinə namizəddən Məsud Özilə sürpriz zəng
15 iyul 2014 03:15 (UTC +04:00)

Türkiyə prezidentliyinə namizəddən Məsud Özilə sürpriz zəng

Türkiyə prezidentliyinə namizəd Ekmələddin İhsanoğlu futbol üzrə dünya birinciliyində Argentinanı məğlub edərək, çempion olan Almaniya millisinin formasını geyən Məsud Özilə zəng edib.

 

Lent.az-ın Habertürk-ə istinadən məlumatına görə, E.İhsanoğlu Özili əldə etdikləri uğurla bağlı təbrik edərək,  qazandığı “ uğurlarla fəxr ” etdiyini söyləyib.

 

“Uğurlarınızın davam etməsini arzulayıram” -deyə, prezidentliyə namizəd söyləyib.

 

Tanımış futbolçu öz növbəsində təbrik görə, E.İhsanoğluna təşəkkürünü bildirib: “Mənə zəng etməyinizdən çox sevindim. Mən də sizə seçkidə uğurlar arzulayıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2032
avatar

Oxşar yazılar