Türkiyə milli komandasının və “Beşiktaş” klubunun futbolçusu Gökhan Töre silahlı hücuma məruz qalıb. Lent.az-ın “NTV Spor”a istinadən məlumatına görə, hadisə “qara qartallar”ın “Fənərbağça” ilə derbi matçından sonra baş verib.
Töre oyunun ardından yollandığı məkanların birində silahlı toqquşma nəticəsində kürəyindən vurulub. O, xəstəxanaya aparılaraq, əməliyyat olunub. Futbolçunun həyati təhlükəsinin olmadığı açıqlanıb.
Qeyd edək ki, “Beşiktaş” – “Fənərbağça” matçı 1:1 hesablı heç-heçə ilə nəticələnib – 1:1.