Türkiyə mətbuatı: "Qalatasaray"ın yeni sponsoru SOCAR ola bilər
20 iyul 2014 19:07 (UTC +04:00)

Türkiyə mətbuatı: "Qalatasaray"ın yeni sponsoru SOCAR ola bilər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin “Qalatasaray” klubunun sponsru ola bilər. Anspress-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı yazır.

Xəbərlərə görə “Türk Telekom” şirkəti ilə yeni müqavilə imzalamayan klub yeni sponsor axtarışındadır. SOCAR-ın “Qalatasaray” klubunun rəhbərliyi ilə artıq anlaşmaq üzrə olduğu bildirilir. İddia olunur ki, yaxın günlərdə Dövlət Neft Şirkəti ilə klub arasında müqavilə imzalana bilər. SOCAR-ın “Qalatasaray”a 20 milyon avro təklif etdiyi bildirilir.

Qeyd edək ki, Qalatasaray”a sponsorluq etmək istəyən şirkətlər arasında “Samsung”, “Fly Emirates”, “Etihad”, “Gazprom” kimi şirkətlərin adı keçir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549

Oxşar yazılar