Türkiyə klubu azərbaycanlı qapıçıdan imtina etdi
04 avqust 2014 11:41 (UTC +04:00)

Türkiyə klubu azərbaycanlı qapıçıdan imtina etdi

Azərbaycanlı qapıçı Kamal Bayramovun legioner həyatı yaşamaq arzusu reallaşmayıb. Apasport.az saytının məlumatına görə, “Rəvan”ın sabiq üzvü Türkiyənin aşağı dəstə təmsilçisi “Girəsunspor”la müqavilə imzalasa da, bir həftə keçməmiş klub onunla yollarını ayırıb.

 

Buna Bayramovun Bakı klubu ilə müqaviləsinin başa çatmaması səbəb olub. Qolkiper sabiq komandası ilə münasibətlərini vaxtında həll edə bilməyib. Bu üzdən də türkiyəlilər ondan imtina etməyə məcbur olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1018
avatar

Oxşar yazılar