Futbol üzrə Türkiyə çempionatında kuryoz hadisə baş verib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Torku Konyaspor" - "Kasımpaşa" matçı zamanı “Fair-Play” çərçivəsinə uyğun olmayan qol vurulub.
Oyunun 19-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Ryan Babelin zədələnib yerə uzanması zamanı qonaq futbolçuları oyunu dayandırmayıb və "Kasımpaşa"nın futbolçusu Ryan Donk ələ düşən fürsətdən maksimum istifadə edib.
Onun gözlənilməyən qolundan sonra meydanda insident yaşanıb. “Kasımpaşa”nın gürcüstanlı baş məşqisi Şota Arveladze qoldan sonra oyunçularına öz qapılarına qol buraxmaq tapşırığı verib. Ev sahiblərinin hücumçusu Hasan Kabze isə topu rəqibin boş qapısından keçirib.