Tünzalə Ağayeva coşdurdu, “Respublika“ Qəbələdə süqut etdi
08 iyul 2013 11:00 (UTC +04:00)

Tünzalə Ağayeva coşdurdu, “Respublika“ Qəbələdə süqut etdi

Qəbələ Olimpiya Kompleksində ilk dəfə möhtəşəm boks gecəsi təşkil olunub. Lent.az-ın məlumatına görə, bu məkanda “Qəbələ” klubunun yeni yaradılan boks komandası ilə Türkiyə “Fənərbağça”sı üz-üzə gəlib.

Yarış 10 mümkün çəki dərəcəsindən 6-da baş tutub. Çəki dərəcələrinin 2-də hərəyə 2 idmançı mübarizə aparıb. Ümumilikdə tamaşaçılar 8 döyüş izləyiblər. Döyüşlərdən 4-də boksçular rinqə dəbilqə ilə, 4-də isə dəbilqəsiz çıxıblar.

Açılış mərasimində “Qəbələ” idman klubunun vitse-prezidenti Fariz Nəcəfov “Fənərbağça” boks bölməsinin rəhbəri Mert Öztemelə plaket, boksçular isə rəqib komandaya xatirə hədiyyələri veriblər. Döyüşləri veteran boksçularımızdan dünya çempionu Ağası Məmmədov, olimpiya mükafatçılarımız Şahin İmranov, Vüqar Ələkbərov, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov, Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digərləri izləyib.

Boksçuları rinqə əllərində “Qəbələ” və “Fənərbağça”nın bayraqlarını tutmuş milli geyimli qızlar çıxarıblar. Əməkdar artist Tünzalə Ağayeva həm açılış mərasimində, həm də döyüşlərarası fasilə müddətində sevilən mahnıları ilə azarkeşləri coşdurub. Daha bir maraqlı məqam “Fənərbağça”nın açılış mərasiminə arxasında “Republic of Fenerbahce” (“Fənərbağça” Respublikası) yazılmış köynəklərlə çıxması olub.

Döyüş “Qəbələ”nin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1483
avatar

Oxşar yazılar