İspaniya La Liqasında "Atletiko Madrid" doğma publika önündə "Xetafe"ni qəbul edib. Lent.az-ın Xarici KİV-lərə istinadən məlumatına görə, meydan sahiblərinin 2:0 hesablı qələbəsilə bitən matç Fernando Torres üçün əlamətdar olub.
Forvard 3-cü dəqiqədə hesabı açmaqla, 8 il sonra La Liqada ilk qolunu vurub.
Qeyd edək ki, 2007-ci ildə "Atletiko"dan ayrılan Torres "Liverpul" (2007-11), "Çelsi" (2011/15) və "Milan"da (icarə 2014/15) oynadıqdan sonra bu ilin yanvarında doğma klubuna qayıdıb.
Torres 8 ildən sonra La Liqada qol vurdu
193