Topaz Premyer Liqası: Son vəsiqənin sahibi məlum oldu – NƏTİCƏLƏR, TURNİR CƏDVƏLİ
04 mart 2013 10:01 (UTC +04:00)

Topaz Premyer Liqası: Son vəsiqənin sahibi məlum oldu – NƏTİCƏLƏR, TURNİR CƏDVƏLİ

 

Futbol üzrə Topaz Premyer Liqasında təsnifat mərhələsinə yekun vurulub. Lent.az-ın məlumatına görə, XXII turda ilk “6-lığ”a vəsiqəni təmin edən sonuncu komandanın adına aydınlıq gəlib.

 

“Bakı” klubu evdə “Rəvan”ı 2:1 hesabı ilə yenərək, mükafatlar uğrunda mübarizə hüququ qazanıb. Paytaxt derbisində hesabı qonaqlar açsa da, “Bakı” yeni transferi Marius Penanın “dubl”u sayəsində qalib gəlib. Bu nəticədən sonra 6-cı yerə iddialı digər 2 komanda – “Xəzər Lənkəran”la AZAL-ın müvafiq olaraq, “Sumqayıt” və “Qəbələ” ilə görüşlərdə nəticələri əhəmiyyətini itirib. Hərçənd bu oyunlar kifayət qədər məhsuldar alınıb. “Xəzər Lənkəran” Robert Alvizin penaltilərlə “dubl”u sayəsində məğlubiyyətdən yaxa qurtara bilib. AZAL-a isə 6:1 hesablı darmadağın da kömək edə bilməyib.  

 

“Neftçi” “Turan”ı minimal fərqlə yenərək, liderliyini möhkəmlədib. Flaqman turun mərkəzi görüşündə “Qarabağ”la “İnter”in qolsuz bərabərliyindən sonra ən yaxın izləyicisi ilə xal fərqini 3-ə çatdırıb. Autsayder “Kəpəz” isə ardıcıl 9 turluq məğlubiyyətdən sonra xal qazanmağı bacarıb. Gəncə təmsilçisi “Simurq”la qarşılaşmada heç-heçəyə nail olub.  

 

3 mart (bazar)

 

“Kəpəz” (Gəncə) – “Simurq” (Zaqatala) – 1:1
Qollar: Şahin Kərimov, 11 - Mario Bojiç, 53

 

“Bakı” – “Rəvan” (Bakı) – 2:1
Qollar: Marius Pena, 19; 57 - Şəhriyar Rəhimov, 12 

 

“Xəzər Lənkəran” – “Sumqayıt” - 2:2
Qollar: Robert Alviz, 14; 66 – hər ikisi penalti ilə - Mirzəağa Hüseynpur, 4. Orxan Əliyev, 47

 

AZAL (Bakı) – “Qəbələ” – 6:1
Qollar: Viktor İqbekoyi, 17. Cavid Tağıyev, 47; 60. Branislav Arsenyeviç, 71. Zohair Benouahi, 77. Con Olufemi, 90+3 - Mustafa Dabo, 12

Qırmızı vərəqə: Vurğun Hüseynov, 83 (“Qəbələ”)

 

“Turan” (Tovuz) – “Neftçi” (Bakı) – 2:3

Qollar: İrakli Beraya, 35. Ender Günlü, 84 - Flavinyo, 11. Araz Abdullayev, 61. Cavid İmamverdiyev, 75
İstifadə olunmamış penalti: Bahodir Nasimov, 86 (“Neftçi”)

 

“Qarabağ” (Ağdam) – “İnter” (Bakı) – 0:0
 

Turnir cədvəli:

 

N

Komandalar

O

Q

H

M

T

X

1

Neftçi

22

14

2

6

47-24

44

2.

İnter

22

11

8

3

24-12

41

3.

Qarabağ

22

10

9

3

30-19

39

4.

Simurq

22

9

9

4

25-15

36

5.

Qəbələ

22

9

5

8

26-27

32

6.

Bakı

22

6

12

4

24-15

30

7.

AZAL

22

7

8

7

32-25

29

8.

Xəzər Lənkəran

22

7

7

8

32-27

28

9.

Turan

22

6

5

11

24-35

23

10.

Sumqayıt

22

5

7

10

20-39

22

11.

Rəvan

22

6

4

12

23-36

22

12.

Kəpəz

22

2

4

16

12-45

10


Bombardir: Nikolas Kanales (“ Neftçi ”) - 20 qol.

# 1007
avatar

Oxşar yazılar

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

La Liqa klubları "Liverpul"un oyunçusunu almaq üçün yarışa başladı

18 may 2024 , 15:38
"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

"Fənərbaxça" "Arsenal"ın yarımmüdafiəçisini alır

18 may 2024 , 12:57
Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

18 may 2024 , 09:57
“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçisini qovdu

18 may 2024 , 07:13
Şahruddinin komandası xalsız qaldı

Şahruddinin komandası xalsız qaldı

18 may 2024 , 02:17
14 yaşında Maradonanın rekordunu qırdı

14 yaşında Maradonanın rekordunu qırdı

18 may 2024 , 00:23
Tomas Tuxel "Bavariya"da  bu şərtlərlə   qala bilər

Tomas Tuxel "Bavariya"da bu şərtlərlə qala bilər

17 may 2024 , 19:49
Van Persi  baş məşqçi   oldu

Van Persi baş məşqçi oldu

17 may 2024 , 15:25