Futbol üzrə Topaz Premyer Liqasında XXIX tura 3 oyunla start verilib. Lent.az-ın məlumatına görə, ilk “6-lıq”da keçirilən görüşdə “Qəbələ” Zaqatalada “Simurq”a yenilib – 0:2.
Hər iki qolu Nicat Qurbanov vurub. Bununla da “Qəbələ” Avropa kuboklarına vəsiqə şanslarını tam itirib. “Simurq” isə 4-cü pillədəki yerini möhkəmlədib. Hazırda 43 xala malik Zaqatala təmsilçisi 6-cı pillədəki “Qəbələ”ni 9 xal qabaqlayır.
Daha 2 görüş ikinci “6-lıq”da baş tutub. AZAL növbəti qələbəsini “Turan” üzərində qazanıb. Bu görüşdə isə Junior Nildo “dubl” edib. Bununla da braziliyalı hücumçu aktivindəki qolların sayını 18-ə çatdırıb. Son 9 görüşdə 8-ci qələbəsini qazanan AZAL isə 48 xalla 7-ci pillədki mövqeyini daha da möhkəmlədib. Mayın 4-də 8-ci pillədəki “Rəvan” “Sumqayıt”la qarşılaşmada xal itirsə, “təyyarəçilər” ikinci “6-lığ”ın çempionu elan olunacaqlar.
“Xəzər Lənkəran” isə autsayder “Kəpəz”i minimal hesabla yenib. Yeganə topun müəllifi Sadio Tounkara olub. Bu qələbə Lənkəran təmsilçisini 37 xalla 9-cu pillədə saxlayıb. “Turan” 27 xalla 11-ci, “Kəpəz” 13 xalla 12-ci yerdədir.
“Turan” (Tovuz) – AZAL (Bakı) – 0:2
Qollar: Junior Nildo, 7; 27
Qırmızı vərəqə: Cavid Tağıyev, 45+3 (AZAL)
“Xəzər Lənkəran” – “Kəpəz” (Gəncə) – 1:0
Qol: Sadio Tounkara, 50
“Simurq” (Zaqatala) - “Qəbələ” – 2:0
Qollar: Nicat Qurbanov. 54; 68
Tura mayın 4-də Bakıda keçiriləcək 3 görüşlə yekun vurulacaq:
17:00. “Sumqayıt” – “Rəvan” (Bakı)
“Bayıl Arena”
19:00. “Qarabağ” (Ağdam) – “Neftçi” (Bakı)
Tofiq Bəhramov adına Respublika stadionu
21:00. “İnter” (Bakı) – “Bakı”
“Şəfa” stadionu.